Türkiyə Prezidenti Abdullah Gül növbəti seçkidə prezidentliyə namizəd olmayacaq

29 İyun 2014 21:20 (UTC+04:00)

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül avqustun 10-da keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi iştirak etməyəcək.

Türkiyə prezidenti iyunun 29-da bu barədə rəsmi açıqlama verib.

İyulun 1-də isə hakim Ədalət və İnkişaf Partiyası rəsmi olaraq öz namizədini irəli sürəcəkdir. Namizədlərin qeydə alınması iyulun 3-də başa çatacaq.