“Gənc ekoloq” layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib

29 İyun 2014 19:36 (UTC+04:00)

Sumqayıtda "Gənc ekoloq" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təmizlik aksiyası keçirilib. Aksiya iştirakçıları Xəzərin Sumqayıt sahilinin bir hissəsini tullantılardan təmizləyiblər.

Layihənin rəhbəri Vüsal Məmmədov bildirib ki, aksiyanın məqsədi həm fiziki olaraq təmizliyə dəstək olmaq, həm də cəmiyyətə maarifləndirici-psixoloji mesaj verməkdən ibarətdir. Tədbirlər bununla bitmir. Layihə çərçivəsində "Gənc ekoloq" jurnalı də çap olunacaqdır. Nəşrdə dövlətimizin ekologiya sahəsində gördüyü işlər, ekoloji maarifləndirmə ilə bağlı məlumatlar, bu sahə ilə bağlı qanunvericilik və s. öz əksini tapacaqdır.