Argentina Azərbaycan parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiq edilib

27 İyun 2014 11:04 (UTC+04:00)

Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasında 2011-ci ildən fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiq edilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Senatda Azərbaycanla parlamentlərarası dostluq qrupunun 9 üzvü, Deputatlar Palatasında isə Azərbaycanla parlamentlərarası dostluq qrupunun 8 üzvü vardır.

Hər iki ildən bir Argentina Milli Konqresinin müəyyən hissəsinin yenilənməsi ilə bağlı keçirilən parlament seçkilərindən sonra bütün parlamentlərarası dostluq qruplarının tərkibi yenidən təsdiq olunur.