Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyinin rəhbərliyi və şəxsi heyəti 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və akademik, görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi Məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.


.jpg)