23 min insan arasında aparılmış araşdırmaya əsasən, 2014-cü ildə respondentlərin 57 faizi yeni smartfon almağı planlaşdırır. "Accenture" konsaltinq şirkətinin hesabatına əsasən, gələcək alıcıların 48 faizi 5-7 düym diaqonallı ekrana üstünlük verir. SİA-nın xəbərinə görə, böyük ekranlı smartfonların pərəstişkarlarının əksəriyyəti (66 faiz) Hindistanın, az hissəsi isə Yaponiyanın payına (19 faiz) düşür.
Həmçinin Çin (66 faiz), İndoneziya (61 faiz) və Türkiyədən (61 faiz) olan istehlakçıları böyük ekranlı smartfonlar cəlb edir. ABŞ-da bu göstərici 40 faiz, Almaniyada 30 faiz təşkil edir. Analitiklərin fikrincə, böyük ekranlı qurğulara tələbatın artması planşetlərin satış həcminə mənfi təsir göstərir