Qoruqdan narkotik tapıldı

19 İyun 2014 10:12 (UTC+04:00)

Zaqatala Dövlət Təbiət Qoruğunda növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reyd zamanı qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub.

Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.