Son dünya çempionu İspaniya millisinin "DÇ-2014"də uğursuz çıxışı davam edir. Visente del Boskenin komandası mundialda ikinci görüşünü də məğlub başa vurub.
Çiliyə 0:2 hesabı ilə uduzan ispanlar qrupdan çıxmaq şansını tamamilə itiriblər. İki oyundan sıfır xal toplayan Priney təmsilçisi üçün Avstraliya ilə oyun formal xarakteri daşıyacaq. İspaniya yığması həmin görüşdə qələbə qazanacağı təqdirdə xalını 3-ə çatdıracaq ki, bu da qrupdan çıxmaq üçün yetərli olmayacaq. Bu oyun eyni zamanda keçirdiyi iki görüşdə məğlub olan Avstraliya yığması üçün də formal xarakter daşıyacaq.
Qeyd edək ki, İspaniya millisi iki oyunda 1 qol vurub və qapısında 7 top görüb. İlk görüşdə Hollandiyaya 1:5 hesabı ilə uduzan ispanlar Çilinin də müqavimətini qıra bilməyib - 0:2.
18 iyun
B qrupu
21:00. Avstraliya - Hollandiya - 2:3
Qollar: Aryen Robben, 20 (1:0), Tim Kehill, 21 (1:1), Yedinak, 54-pen (2:1), Robin van Persi, 52 (2:2), Memfis Depay, 68 (2:3)
00:00. İspaniya - Çili - 0:2
Qollar: Eduardo Varqas, 20 (0:1), Çarles Aranqes, 44 (0:2)
S Komandalar O Q H M T-F X
1 Hollandiya 2 2 0 0 8-3 6
2 Çili 2 2 0 0 5-1 6
3 Avstraliya 2 0 0 2 3-6 0
4 İspaniya 2 0 0 2 1-7 0
Bombardirlər siyahısı
Aryen Robben (Hollandiya) - 3 qol
Tomas Müller (Almaniya) - 3 qol
Robin van Persi (Hollandiya) - 3 qol
Tim Kehill (Avstraliya) - 2 qol
Kərim Benzema (Fransa) - 2 qol
Neymar (Braziliya) - 2 qol