Elmar Məmmədyarov: “Prezidentlərin görüşü ilə bağlı konkret addım atılmayıb”

18 İyun 2014 14:46 (UTC+04:00)

"Fransada keçirilməsi nəzərdə tutulan görüşlə bağlı hələlik, konkret addım atılmayıb. Buna görə də əlavə heç nə söyləyə bilmərəm". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Elmar Məmmədyarov deyib ki, Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi barədə təklif vermişdi: "Biz hazırda Fransadan belə bir görüşün təşkili barədə daha konkret təklif gözləyirik".