Avropanın hər yerindən nümayəndə heyətlərinin rəhbərləri gələn ilin ilk Avropa Oyunlarından öncə əhəmiyyətli bir seminarda iştirak etmək üçün keçən həftə Bakı şəhərində olublar.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən SİA-ya verilən məlumata görə, Avropa Milli Olimpiya Komitələrinin (MOK-lar) rəsmilərinə Oyunlara hazırlıq və işlərin gedişi barədə məlumat verilib və onlar obyektlərə təşkil olunan səfərlərdə iştirak edib və birinci Avropa Oyunlarına Bir İlin Qalması hadisəsini qeyd etmək üçün iyun ayının 11-də axşam keçirilən konsert və atəşfəşanlıqdan zövq alıblar.
İyun ayının 12-də möhtəşəm Buta Sarayında təntənəli ziyafətlə Nümayəndə Heyətlərinin Rəhbərləri üçün gərgin və səmərəli həftənin kulminasiya nöqtəsi qeyd olunub və onlar həmin ziyafət zamanı Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov və Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti cənab Patrik Hikinin Oyunlara rəsmi dəvətlərini qəbul ediblər.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: "Keçən həftə Avropanın hər tərəfindən Nümayəndə Heyətlərinin Rəhbərlərini Bakı şəhərində qürur hissi ilə qarşılayıb və salamlamışıq. Biz bu tarixi Oyunlara ev sahibliyi etməyə hazırlaşdığımıza görə Seminar bizə bir təşkilat kimi son aylarda nail olduğumuz əla irəliləyişi MOK-lara nümayiş etdirmək imkanı yaradıb. Komandalar və atletlər ilə bağlı əzmimiz sabit və sarsılmazdır və bunu Nümayəndə Heyətlərinin Rəhbərlərinə nümayiş etdirmək üçün əhəmiyyətli imkan yaranıb. Nümayəndə Heyətlərinin Rəhbərləri Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən atletlər üçün hazırlanan xidmətlərin səviyyəsini müzakirə etmək imkanına malik olub və onlar ilk dəfə Atletlər Kəndi tam istismar rejimində çalışarkən və Avropa Bədii Gimnastika Çempionatının yarış iştirakçılarına ev sahibliyi edərkən oraya baş çəkiblər".
Cənab Patrik Hiki deyib: "Birinci Avropa Oyunlarının Nümayəndə Heyətlərinin Rəhbərləri üçün seminar çox uğurlu olub. Ötən həftə keçirilən görüşlər zamanı bizim 2015-ci il üçün ən güclü mümkün Avropa Oyunları məhsulu yaratmaq və gələcək nəşrlər üçün ən yüksək standart müəyyənləşdirməkdən ötrü ehtiyac duyduğumuz məsələlərin çoxu AOK və BEGOC-un diqqətinə çatdırılıb. İndi onlar gözəl Bakı şəhərində müəyyən qədər vaxt keçirdiklərinə görə Avropa MOK-ları arasında real bir inam var ki, Bakı 2015 MOK-lar və onların komandaları üçün proqressiv, texniki baxımdan əla və hər şeydən öncə misilsiz bir təcrübə olacaq. Bakı 2015 MOK Xidmətlər Komandası ilə Nümayəndə Heyətlərinin Rəhbərləri üçün ayrı-ayrı görüşlər də keçirilib və onların istənilən xüsusi suallarının nəzərə alınması və cavablandırılması təmin olunub".
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru cənab Ceyms Makleod deyib: "Nümayəndə Heyətlərinin Rəhbərləri üçün seminar bizə Avropa MOK-ları ilə əlaqə saxlamaq və Oyunlar üçün hazırladığımız xidmət səviyyələrini onlara izah etməkdən ötrü gözəl imkan yaradılıb. Oyunlar üzrə bu mütəxəssislərdən aldığımız rəylər bizi çox məmnun etmişdir və əminik ki, atletlərin yüksək dərəcədə uğurlu yarışının həyata keçirilməsi üçün dəqiq və düzgün planlarımız yerindədir."