Türkmənistanın paytaxtı Aşqabad şəhərində 10-13 iyun 2014-cü il tarixində (SPECA) Layihə İşçi Qrupunun "SPECA ölkələrində davamlı inkişaf üçün elm, texnologiya və innovasiya" mövzusunda VI sessiyası keçirilib. AMEA Elmi İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin Baş direktorun müavini Məmməd Elxan oğlu Bağır-zadə iştirak edib.
BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE), BMT -nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP), Türkmənistanın İqtisadiyyat Nazirliyinin birgə əməkdaşlığı keçirilmiş bu sessiyaya Böyük Britaniyanın, Almaniyanın, Belarusiyanın alim və mütəxəssisləri qatılıblar.