O, da "Neftçi"dən getdi

18 İyun 2014 04:35 (UTC+04:00)

Erik Ramos paytaxt klubu ilə yollarını ayırır. Müqavilə ilə Paraqvay klubuna məxsus olan yarımmüdafiəçi öz komandası ilə məsələni yoluna qoya bilməyincə yenidən "Neftçi"yə geri dönüşü baş tutmayıb.

Qeyd edək ki, Rəşad Sadiqovu XL-ə, Mahir Şükürovu "Karşıyaka"ya, Tərlan Quliyevi "Qarabağ"a verən "Neftçi", Cavid İmamverdiyevin "Ankaraspor"a gedişini əngəlləməyəcək. Erik Ramos və Bruno Bertuççi də yeni mövsümdən etibarən "ağ-qaralar"da olmayacaq. Paytaxt klubunda yeganə təsəlli Vobayın geri dönüşüdü