“Qarabağ” komandası Cavid Tağıyev ilə müqavilə imzalayıb

17 İyun 2014 22:57 (UTC+04:00)

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" komandası Danilo Dias və Tərlan Quliyevin ardından daha bir futbolçunun keçidini rəsmiləşdirmişdir. Klubdan bildiriblər ki, ötən mövsümü AZAL-da keçirmiş Cavid Tağıyev ilə üçillik müqavilə imzalanıb.

İyirmi iki yaşlı yarımmüdafiəçi yeni komandasında 77 nömrəli formada çıxış edəcək.