İfaçı dinləyicilərini sevindirəcək

17 İyun 2014 10:22 (UTC+04:00)

Müğənni Kamil Cəfərovdan xəbər var. Bu haqda SİA-ya danışan sənətçi yeni bəstə üzərində çalışdığını deyib: "Repertuarıma daha bir bəstə əlavə edirəm. Mahnı "Qayıt gəl" adlanır. Bəstənin sözləri və musiqisi Ruslana aiddir. Sözügedən bəstəni yaxın günlərdə tamaşaçıların ixtiyarına verəcəm".