Şabranda Xaqani Şirvaniyə həsr olunmuş poeziya gecəsi keçirilib

17 İyun 2014 10:19 (UTC+04:00)

Şabranda klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə şairin abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri düzüblər.

Şabrandakı Xaqani Şirvani adına poeziya evində keçirilən gecədə şairin yaradıcılığından danışılmış, şeir və qəzəlləri səsləndirilib.

Bildirilib ki, Azərbaycan dünyada filosofların, alimlərin, şairlərin, vətəni kimi tanınır. Xalqımız Xaqani Şirvani kimi ədəbiyyat xadimləri ilə fəxr etməli və bu irsi qoruyub saxlamalıdır.

Diqqətə çatdırılıb ki, rayonda Xaqani Şirvani adına poeziya evi gənc nəslin ədəbiyyata marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, tədbir iştirakçıları xatirə kitabına ürək sözlərini yazmış, poeziya evinin kitabxanasına müxtəlif kitablar hədiyyə ediblər.