"Azərbaycanın snayperləri geri çəkmək fikri yoxdur. Bunu Bakıda olan Ermənistan nümayəndə heyətindən deputat Tevan Poqosyana cavabında Ziyafət Əsgərov deyib.
"Azərbaycan snayperləri cəbhə xəttindən geri çəkməlidir" fikrinə münasibət bildirən parlamentin vitse spikeri bildirib ki, Azərbaycanın özünü müdafiə məqsədi ilə snayperləri sərhədə yığıb.
""Ermənistan nümayəndə heyəti deyir ki, Azərbaycan prezidenti Ermənistanı düşmən dövlət adlandırıb. Məgər biz Ermənistana dost dövlət deməliyik? 20 faiz torpağımızı işğal edib, 1 milyon qaçqınımız var. İndi utanmaz-utanmaz deyirsiniz ki sizə düşmən deməyək?! Sən gəlib Azərbaycanın ərazisini işğal edib, Zəngilanda, Qubadlıda, Füzulidə və digər torpaqlarımızda oturub mənim ölkəmdə cəbhə qurmusan. Özü də deyirsən ki, snayperlərinizi yığışdırın. Snayperləri Azərbaycan ərazilərindən çəkiləndə yığışdırarıq. Mən o zaman güzəşt edə bilərəm. Mən öz ərazimi orada düşməndən qoruyuram. Sənin snayperin orada nə edir?".