NATO-nun baş katibi Türkiyədə səfərdədir

16 İyun 2014 09:02 (UTC+04:00)

NATO-nun baş katibi Anders Foq Rasmussen iyunun 15-də Ankaraya gəlmişdir. Rəsmi məlumata görə, baş katib Türkiyənin ali rəhbərliyi ilə görüşlər keçirəcəkdir.

Ekspertlər hesab edir ki, görüşlərdə "İraq Şam İslam Dövləti" adı ilə tanınan terrorçu qrupun bölgədə yaratdığı böhranlı vəziyyətin aradan qaldırılması yollarının axtarılması əsas müzakirə mövzusu olacaqdır.

Sabir Şahtaxtı