Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Yunanıstana dövlət səfərinə gəlib. SİA-nın xəbərinə görə, Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Afinanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.