Türkiyədə ağır yol qəzası olub Ölən və yaralılar var

14 İyun 2014 12:13 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Eskişəhər yolunda Yaşamkənt qovşağında baş verən qəzada iki nəfər həlak olub, 30 nəfərin isə xəsarət alıb.

Belə ki, 41 nəfər sərnişin daşıyan yol avtobusu ilə yük maşını ilə toqquşub, yük maşının sürücüsü və avtobus da olan bir nəfər yerindəcə həlak olub.

Zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Onlar arasında başqa dövlətin vətəndaşı olmayıb.