Səfir: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması vacibdir” AÇIQLAMA

13 İyun 2014 11:43 (UTC+04:00)

"Prezidentlərin növbəti görüşü ilə bağlı məlumatlı deyiləm. Amma ümidvaram ki, bu görüş tezliklə baş tutacaq". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünə və bu əsnada təmas xəttində gərginliyin artması ilə bağlı sualları cavablandırarkən deyib.

Səfir bildirib ki, bütövlükdə bu görüşün baş tutması çox vacibdir.

Təmas xəttində gərginliyin atması məsələsinə də münasibət bildirən səfir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gərginliyin azadılması üçün səylə çalışırlar: "Ümid edirəm ki, hər iki ölkə təmas xəttində gərginliyin azadılması istiqamətində müvafiq addımlar atacaq".