"Sumqayıt" yeni futbolçu transfer edib

12 İyun 2014 10:09 (UTC+04:00)

Premyer Liqada 2014/2015 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunu heyətinə qatıb. SİA-nın məlumatına görə, komanda Tagim Novruzov ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", AZAL, "Rəvan" və "Simurq"un şərəfini qoruyub.