"Neft Daşları” yatağında quyu istismara verildi

10 İyun 2014 15:01 (UTC+04:00)

Bu günlərdə "Neft Daşları" yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündən 1813 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, quyu Fasilə Lay Dəstəsindən sutkalıq 30 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.