"The Independent" qəzeti yazır ki, Rusiya proqramçıları tərəfindən işlənib hazırlanan ilk süni həmsöhbət proqramı məşhur "Tyurinq" testindən uğurla keçmişdir. Bildirilir ki, proqram özünü 13 yaşlı Yucin Qustman kimi qələmə vermişdir. O, Britaniyanın Redinq Universitetinin xüsusi komissiya üzvlərinin 33 faizində yanlış fikir yaratmağa nail olmuşdur.
Proqramın yaradıcılarından biri olan Vladimir Veselov demişdir: "Əsas ideyamız ondan ibarət idi ki, 13 yaşlı oğlanın nə isə bildiyini göstərək".
"Tyurinq" testi 1950-ci ildə britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Тyurinq tərəfindən "Kompyuter düşünə bilərmi" sualına cavab kimi təklif edilmişdir. Test zamanı kompyuter proqramı 5 dəqiqə ərzində insanlar qrupu ilə ünsiyyətdə olmalıdır. İndiyədək heç bir proqram "Тyurinq" testindən keçməmişdir.