Mirkamil Kamilov da “Mənə bir az ondan danış”ı ifa etdi

8 İyun 2014 10:40 (UTC+04:00)

Müğənni Mirkamil Kamilov son zamanlar bir çox sənətçilər tərəfindən ifa olunan "Mənə bir az ondan danış" adlı mahnıya müraciət edib. SİA-nın məlumatına görə, sənətçi öz ifası ilə adıçəkilən bəstəyə yeni nəfəs verib.

Nəzərinizə çatdıraq ki, bir müddət bundan öncə sözügedən bəstəni müğənni Könül Kərimova da səsləndirib.

Qeyd edək ki, "Mənə bir az ondan danış" mahnısının musiqisi Hacı Nazim Məmmədovun, sözləri isə Vüqar Rahinindir.