YAP Gəncləri Ağsuda yerləşən "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunu, üzüm və nar bağlarını ekskursiya edib. Zavodda il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlanır, həmin sahələrin 700 hektarında üzüm və nar bağları salınıb. Gənclərimiz zavodla, üzüm və nar bağları ilə də tanış olublar.
Ekskursiyanı çərçivəsində Gənclər həmçinin Ağsu orta əsr arxeoloji turizm kompleksində də olmuş və komplekslə yaxından tanış olmuşlar.