Azərbaycanda külli miqdarda narkotik vasitə aşkarlanıb

6 İyun 2014 12:51 (UTC+04:00)

Azərbaycanda külli miqdarda narkotik vasitə aşkarlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Şükürlü kəndinin ərazisindən 5 kiloqram tiryək tapılıb və toplanmış materiallarla birgə Cəlilabad Rayon Polis Şöbəsinə göndərilib.