Abdullah Gül: “Builki seçkilər fərqlənəcək”

6 İyun 2014 11:02 (UTC+04:00)

Türkiyədə prezident seçkiləri demokratik atmosferdə keçiriləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkə Prezidenti Abdullah Gül bəyan edib.

Dövlət başçısı builki seçkilərin fərqli şəkildə keçəcəyini bildirib: "Bu ilin avqustunda ölkədə keçiriləcək prezident seçkiləri əvvəlki dövlət başçısı seçkilərindən onunla fərqlənəcək ki, bu dəfə xalq ilk dəfə ölkənin liderini seçəcək".

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.