Neft ucuzlaşır

6 İyun 2014 10:09 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,16 dollar ucuzlaşaraq 1 barelə görə 102,48 dollar təşkil edib.

SİA-nın xəbərinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,39 dollar ucuzlaşaraq 108,79 dollar olub.