Bakıda bomba həyacanı

5 İyun 2014 13:09 (UTC+04:00)

İyunun 4-də saat 20 radələrində naməlum şəxs Xətai RPİ-yə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.

SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal həmin ünvana baxış keçirilib, məlumat təsdiqini tapmayıb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilərək saxlanılıb.