Ər-arvad avtomobilin qurbanı oldular

5 İyun 2014 11:17 (UTC+04:00)

Bakıda avtomobil ər-arvadı vurub. Bakı şəhər Baş Polis idarəsindən SİA-ya verilən xəbərə görə, dünən Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi "Volvo" markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub, nəticədə T.Nəcəfov hadisə yerində ölüb, Z.Nəcəfova Travmatologiya İnstitutuna yerləşdirilib və orada ölüb.