Paytaxtda yanğın bir avtomobildən digərinə keçdi

5 İyun 2014 09:03 (UTC+04:00)

Paytaxtda bir-birinə yaxın məsafədə yerləşən iki avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinin məxsus qarajda "Super Maz" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanan digər "Super Maz" markalı yük avtomobilinin 4 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.