Mikroavtobus dərəyə yuvarlandı 10 nəfər öldü

4 İyun 2014 17:37 (UTC+04:00)

Rusiyanın Dağıstan Respublikasında mikroavtobusun dərəyə yuvarlanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Ölənlərdən 7 nəfərin uşaq olduğu bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır. Faktla bağlı araşdırma aparılır.