15635 metr qazma işi həyata keçirilib

4 İyun 2014 16:52 (UTC+04:00)

Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15635 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14962 metri istismara, 673 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 62222 metr qazma işi görülüb ki, bunun da 60627 metri istismara, 1595 metri isə kəşfiyyata aid olub.