“Canlı klassika – 2014”

4 İyun 2014 16:35 (UTC+04:00)

İyunun 6-da Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin təşkilatçılığı ilə Moskva şəhərində gənc qiraətçilərin "Canlı klassika – 2014" beynəlxalq şeir müsabiqəsinin final mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqədə Rusiya, Azərbaycan, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Moldova, Türkiyə və digər ölkələrdən şagirdlər iştirak edirlər.

Artıq müsabiqənin final mərhələsinə seçim turu başa çatıb. Müsabiqədə iştirak edən Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu, 160 nömrəli klassik gimnaziyanin 6-cı sinif şagirdi Emil Zeynalov final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, daha çox bal toplamış 5 iştirakçı finalın qalibləri sayılacaq. Onlar müsabiqənin medalları, qiymətli prizləri və turist səyahətləri ilə mükafatlandırılacaqlar.