300 nəfər terrorun qurbanı oldu

4 İyun 2014 13:11 (UTC+04:00)

İyunun 3-də Ukraynanın Donetsk vilayətində antiterror əməliyyatı zamanı 300 nəfər terrorçu öldürülüb, 500 nəfər yaralanıb. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu antiterror əməliyyatının spikeri Vladislav Seleznyov deyib.

V.Seleznyov bildirib ki, əməliyyat zamanı iki nəfər ukraynalı hərbçi ölüb, 45 nəfər yaralanıb.