Tibbi arayışlar elektron formada əldə olunacaq

4 İyun 2014 11:32 (UTC+04:00)

Azərbaycanda tibbi arayışları "Elektron hökumət" portalından əldə etmək mümkün olacaq. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Elektron hökumət" portalına (www.e-gov.az) yeni xidmət inteqrasiya olunub. Belə ki, "Tibbi arayışların elektron registrindən məlumatların verilməsi" xidməti portal vasitəsilə istifadəçilərin ixtiyarına verilib.

Sözügedən elektron registr tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə yaradılıb.