Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir YENİLƏNƏCƏK-FOTO

4 İyun 2014 11:11 (UTC+04:00)

Bu gün Bakıda Rusiyanın Udmurtiya Respublikası və Kaluqa vilayəti nümayəndə heyətlərinin ölkəyə səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes forumu keçirilir. SİA-nın məlumatına görə, biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə təşkil olunub. Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Udmurtiya Respublikasının İxraca dəstək mərkəzinin rəhbəri Valeriya Antonenko, Kaluqa vilayətinin İxracyönümlü kiçik və orta biznes subyektlərinə dəstəyin koordinasiya mərkəzinin rəhbəri Valentina Maltseva, AZPROMO-nun rəhbərinin müşaviri Natiq Mədətov və iş adamları iştirak edib.

Forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Rusiya şirkətləri iştirak edib. Azərbaycan-Rusiya biznes forumuna iş adamları arasında ikitərəfli görüşlə yekun vurulub.

Qeyd edək ki, bu forum 2014-ci ildə Bakıda keçirilən sayca 4-cü Azərbaycan-Rusiya biznes forumdur.