DİN polis əməkdaşlarının maaşlarına əlavələr edə biləcək

3 İyun 2014 16:54 (UTC+04:00)

Nazirlər Kabineti "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib. SİA-nın məlumatına görə, dəyişiklik polis əməkdaşlarının vəzifə maaşlarına əlavələrlə bağlıdır.

Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinin polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin etmək səlahiyyəti dəqiqləşdirilib.

Bundan sonra hər ay DİN rəhbərliyinin polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin etmək ixtiyarı var.