Fəlsəfə və Hüquq İnstitutu işçi axtarır

3 İyun 2014 16:14 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir. SİA-nın xəbərinə görə, vakant yerlər "İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi", "Fəlsəfə və ictimai fikir tarixi", "Sosial fəlsəfə", "Müasir fəlsəfə problemləri", "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri", "Etika", "Estetika", "Sosiologiya və sosial psixologiya", "Siyasi nəzəriyyələr", "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq", "Dövlət və konstitusiya hüququ", "Cinayət hüququ və cinayət prosesi", "Mülki hüquq və mülki proses" şöbələri üzrə şöbə müdiri vəzifəsinə 1 yerdir.

Müsabiqədə elmlər namizədi və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.