Müdafiə naziri ABŞ Müdafiə Katibi ilə görüşəcək

3 İyun 2014 10:06 (UTC+04:00)

Azərbaycan müdafiə naziri Zakir Həsənovla və ABŞ-ın müdafiə katibi Çak Heygel arasında ikitərəfli görüş planlaşdırılır. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş bu gün Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclas çərçivəsində planlaşdırılıb.