Müşahidəçilər oğurlandı

30 May 2014 22:16 (UTC+04:00)

Siyasət "Ukraynanın şərqində ATƏT-in ikinci müşahidəçi dəstəsi oğurlanıb". Bu haqda informasiyanı ATƏT yayıb. ATƏT-in məlumatına görə, 4 nəfərdən ibarət monitorinq qrupu Severodonetsk şəhərində bir yaraqlı tərəfindən dayandırılıb. Bundan sonra monitorinq qrupu ilə əlaqə kəsilib.

Mayın 29-dan həmin dəstədən xəbər yoxdur.

Xatırladaq ki, ATƏT-in Ukraynanın şərqində oğurlanan digər monitorinq qrupu mayın 26-da yoxa çıxmışdı, ancaq mayın 29-da yaraqlıların lideri bildirdi ki, onlar tezliklə buraxılacaq.