Elman Abdullayev: “Makvala Qonaşvilinin müraciətinə müvafiq qaydada baxılacaq” AÇIQLAMA

30 May 2014 13:27 (UTC+04:00)

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozan və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan "arzuolunmaz şəxslər" siyahısına daxil edil’n Gürcüstanın Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SİA-ya verdiyi məlumata görə, müraciətində Makvala Qonaşvili 2012-ci ilin 16-18 oktyabr tarixlərində "Beynəlxalq poeziya festivalı"nda iştirak etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirib, Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulayıb və bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib: "Həmçinin Makvala Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu bildirib və bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davrancağına öhdəlik götürdüyünü qeyd edib. O, azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasını xahiş edib. Makvala Qonaşvilinin müraciətinə müvafiq qaydada baxılacaq".