İlin hiti məlum oldu FOTOLAR

29 May 2014 14:19 (UTC+04:00)

"Star-2014" mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Şou" prodakşının təşkil etdiyi mükafat şou-biznes və televiziya sahəsində fərqlənən insanlara təqdim edilib. Təqdimat mərasimində "İlin hiti" nominasiyası üzrə müğənni Yaşar Cəlilov və "İlin peşəkar aparıcısı" nominasiyasında Vüsalə Kərimova "Star-2014" mükafatına layiq görülüblər.