Teleaparıcı ana oldu

29 May 2014 11:43 (UTC+04:00)

Teleaparıcı Sevil Nuriyevadan xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, aparıcı ana olub. Sevil bu haqda sosial şəbəkədə yazıb:"Səhər saat 11-də həyat yoldaşım Etimadla heç vaxt yaşamadığımız hissləri yaşadıq. Oğlumuz İlyas dünyaya gəldi. Mənim üçün dua edən, sevinən, zəng edən hər kəsə təşəkkürlər. Allah hər kəsə bu duyğunu yaşamağı nəsib etsin".