28 May-Respublika Günü Göyçayda da qeyd edilib. SİA-nın məlumatına görə, əvvəlcə rayon icra hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoyublar.
Sonra Heydər Əliyev parkında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram gəzintisi təşkil olunub.
Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda təşkil edilən konsertdə R.Rza adına rayon mədəniyyət evinin instrumental ansamblının və yerli müğənnilərin ifasındakı şən mahnılar göyçaylılara əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
Məktəblilər müasir müstəqil Azərbaycana, Vətənə, rəhbərə həsr edilmiş şeirlər söyləmiş, mahnılar ifa ediblər.