Qardaş qardaşı qətlə yetirdi

28 May 2014 04:28 (UTC+04:00)

Beyləqanda qardaş qardaşını və onun həyat yoldaşını qətlə yetirib. Beyləqan rayon sakini, 1953-cü il təvəllüdlü Bəndəliyev Məmməd Əli oğlu aralarında torpaq sahəsinə görə yaranmış münaqişə zəmnində qardaşı, 1961-ci il təvəllüdlü Bəndəliyev Həsən Əli oğlunu və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Şükürova Mədinə Barat qızını odlu silahla qətlə yetirib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.