Sloveniyada Azərbaycanla bağlı rəsmi qəbul təşkil olunub FOTOLAR

20 May 2014 17:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Azərbaycan Respublikası Dövlət Neft Akademiyasının rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı ofisinin nümayəndələri, Azərbaycan Silahlı Qüvvələrinin Sloveniyadakı hərbi attaşesi Kamil Quliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Qalib İsrafilov Azərbaycanın ötən əsrin əvvəllərində müstəqillik uğrunda apardığı mübarizəsindən, 1991-ci ildə müstəqilliyin bərpasından sonra ölkədə gedən proseslərdən və əldə olunmuş nailiyyətlərdən danışıb.