9 illik təhsil bazasından qabiliyyət imtahanı verənlərin nəzərinə!

19 May 2014 11:45 (UTC+04:00)

Bu gündən Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb. SİA-nın xəbərinə görə, qabiliyyət tələb edən ixtisaslara qeydiyyat mayın 19-dan 29-dək davam edəcək. Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur 2-5 iyul tarixlərində aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 12 may - 12 iyun tarixlərində keçiriləcək. Əvvəlki il məzunları üçün orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı iyunun 29-da təşkil olunacaq. Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi 2-10 iyul tarixlərində aparılacaq.