Amerikalı həmsədr Sərsəng su anbarından yazdı

19 May 2014 11:01 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini su resurslarından birgə istifadə etməyə çağırır.

SİA-nın məlumatına görə, Uorlik öz "twitter" səhifəsində Sərsəng su anbarının şəklini paylaşaraq "Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə edə bilsəydilər, bu, müsbət addım ola bilərdi",- deyə qeyd edib.