Zibil qutusunda şübhəli bağlama

19 May 2014 10:41 (UTC+04:00)

Bakı şəhəri, Xətai rayonunda məişət tullantıları olan yeşikdə silah sursata oxşar bağlama aşkarlanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatı keçiriblər.

Ərazidə heç bir şübhəli əşya aşkar edilməyib.