Çimməyə getdilər Geri qayıtmadılar

18 May 2014 15:28 (UTC+04:00)

Masallıda iki yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. SİA-nın verdiyi xəbərə görə, mayın 17-də saat 20:30 radələrində Bakı şəhər sakinləri - 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzov göldə çimərkən boğulublar.

Hər iki yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.